IMG-LOGO

Gürcüstan və Azərbaycan arasında siyasi-iqtisadi əməkdaşlıq müzakirə olunub

14 May 2026 15:44 3 baxış
IMG

Gürcüstanın Acarıstan Respublikası hökumətinin sədri Zurab Pataradze Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və Batumidəki baş konsulu Fuad Əzizov ilə görüş keçirib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, Acarıstan hökumətinin yaydığı məlumata görə, görüş zamanı Gürcüstan və Azərbaycan arasında mövcud siyasi-iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Z.Pataradze bildirib ki, uzun illər Gürcüstanın Azərbaycandakı səfiri kimi fəaliyyət göstərdikdən sonra yeni vəzifəsində Azərbaycan nümayəndələri ilə ilk diplomatik görüşünün keçirilməsi onun üçün xüsusi əhəmiyyət daşıyır.

Tərəflər iki ölkə arasında iqtisadi əlaqələrin dinamik inkişaf etdiyini vurğulayıblar. Görüşdə ticarət dövriyyəsinin artması, turizm əlaqələrinin genişlənməsi və nəqliyyat sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub.

Qeyd edilib ki, hazırda Bakı-Batumi marşrutu üzrə həftədə iki aviareys həyata keçirilir, iyun ayından etibarən isə uçuşların gündəlik əsasda icrası planlaşdırılır.

Görüş zamanı Acarıstanın turizm potensialı, regionda keçirilə biləcək biznes forumları və investisiya imkanları barədə də fikir mübadiləsi aparılıb. Bildirilib ki, region beynəlxalq tədbirlərə və biznes platformalarına ev sahibliyi etməyə hazırdır.

Xəbər lenti