IMG-LOGO

Blanka Cudit: Dayanıqlı şəhərlər cəlb olunmuş cəmiyyət olmadan qeyri-mümkündür

14 May 2026 17:03 3 baxış
IMG

Dayanıqlı inkişaf bütün ərazilərin balanslaşdırılmış inkişafı, vətəndaşların idarəetmədə iştirakı və ekoloji məlumatlılığın artırılması olmadan mümkün deyil.

"Report" xəbər verir ki, bu barədə hüquqşünas və qlobal sülh səfiri, Dövlət Siyasəti və Diplomatiya İnstitutunun (IPPDR, Peru) regional direktoru Blanka Muhika Akuna Cudit Qlobal Cənub QHT-ləri Platformasının Bakıda keçirilən Baş Assambleyasında bildirib.

Onun sözlərinə görə, inkişaf təkcə iri şəhərləri deyil, həm də ucqar və marginallaşmış regionları əhatə etməlidir: "İcmalar dövlət siyasətinin formalaşmasında iştirak etməlidir".

B.Cudit, həmçinin dayanıqlı gələcəyin qurulması üçün təhsilin və ekoloji məlumatlılığın vacibliyini qeyd edib: "Məlumatlı və cəlb olunmuş cəmiyyət olmadan heç bir şəhər modeli həqiqətən dayanıqlı ola bilməz".

O əlavə edib ki, Bakı Şəhərsalma Həftəsi şəhərlərin təkcə infrastruktur hesabına deyil, həm də inklüziv həllər və gələcəyə dair uzunmüddətli baxış sayəsində qurulduğunu xatırladır.

Xəbər lenti