IMG-LOGO

Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

14 May 2026 18:35 3 baxış
IMG

Sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Bakı-Gəncə, Bakı-Göyçay və Bakı-Ağcabədi şəhərlərarası avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.

Bu barədə "Report"a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

"Bakı-Gəncə marşrutu üzrə hüquqi şəxs "Uğurlu Yol 2023" MMC;

Bakı-Göyçay marşrutları üzrə fiziki şəxslər Cəmilzadə Cavid Camal oğlu və Əbilov Vüsal Sahib oğlu;

Bakı-Ağcabədi marşrutu üzrə fiziki şəxs Soltanov Səbuhi Adil oğlu qalib elan olunublar", - məlumatda qeyd olunub.

Vurğulanıb ki, müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun təşkil olunur:

"Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır".

Xəbər lenti