IMG-LOGO

Mariyana Kuyundziç: Aİ nümayəndə heyəti WUF13-ə qatılacaq

14 May 2026 19:47 2 baxış
IMG

Avropa İttifaqının (Aİ) nümayəndələri Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak edəcəklər.

"Report" xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyundziç Avropa Günü münasibətilə keçirilən tədbirdə bildirib.

"Aİ nümayəndələri Bakıda keçiriləcək WUF13-də iştirak edəcəklər", - o bildirib.

Səfir, həmçinin bu il Aİ və Azərbaycan arasında tərəfdaşlıq prioritetləri üzrə yeni ikitərəfli sazişə dair danışıqların başlamasının vacibliyini qeyd edib: "Bu danışıqlar təmiz enerji, ticarət, iqtisadi şaxələndirmə, insanlar arasında təmaslar və digər istiqamətlərdə əməkdaşlıq üçün müasir və iddialı əsas yaradacaq".

Onun sözlərinə görə, tərəflər arasında qarşılıqlı əlaqələrin artması göstərir ki, tərəfdaşlıq təkcə keçmişə deyil, həm də xalqlar üçün firavan gələcəyin qurulmasına yönəlib.

Qeyd edək ki, WUF13 17-22 may tarixlərində Bakıda keçiriləcək. Forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində keçirilir və dayanıqlı şəhərsalma, "ağıllı şəhərlər" və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə yönəlib.

Xəbər lenti