IMG-LOGO

Braziliya millisi baş məşqçi Karlo Ançelotti ilə müqavilənin müddətini uzadıb

14 May 2026 20:47 2 baxış
IMG

İtaliyalı məşqçi Karlo Ançelotti Braziliya millisi ilə müqaviləsinin müddətini uzadıb.

"Report" xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyasının mətbuat xidməti məlumat yayıb.

Təcrübəli mütəxəssislə yeni sözləşməsi 2030-cu ilə qədər uzadılıb.

Qeyd edək ki, K. Ançelottinin əvvəlki müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər olub.

Xəbər lenti