IMG-LOGO

Azərbaycanın stolüstü tennisçisi Mehin Mirzəbalayeva beynəlxalq turnirin mükafatçısı olub

14 May 2026 20:43 2 baxış
IMG

Azərbaycanın stolüstü tennisçisi Mehin Mirzəbalayeva Daşkənddə keçirilən "WTT Youth Contender" turnirində bürünc medal qazanıb.

Azərbaycan Stolüstü Tennis Federasiyasından "Report"a verilən məlumata görə, U-13 kateqoriyasında yarışan istedadlı idmançı, yaşıdları arasında üçuncü yeri tutub.

Sabah 11 və 15 yaşadək stolüstü tennisçilər bacarıqlarını göstərəcəklər.

Qeyd edək ki, Azərbaycan milli komandası Özbəkistan paytaxtında təşkil olunan yarışa 11 idmançı ilə qatılıb. Beynəlxalq turnirə mayın 16-da yekun vurulacaq.

Xəbər lenti