IMG-LOGO

Litvanın sabiq baş naziri qanunsuz varlanmada şübhəli bilinir

14 May 2026 21:25 3 baxış
IMG

Litvanın keçmiş Baş naziri Gintautas Paluckas qanunsuz varlanmada şübhəli bilinir.

"Report" xəbər verir ki, bu barədə LRT portalı məlumat yayıb.

Məlumatı bu gün ifadə vermək üçün Xüsusi İstintaq Xidmətinə (XİX) çağırılan Paluckasın özü təsdiqləyib.

"Mən artıq xüsusi şahid kimi üç dəfə ifadə vermişəm. Bu gün belə bir zərurət yox idi. İndi isə digər prosessual hərəkətləri gözləmək lazımdır", – o bildirib və özünə qarşı heç bir preventiv tədbirin görülmədiyini, lakin şübhəli şəxs statusunun verildiyini qeyd edib.

Xəbər lenti