IMG-LOGO

Azərbaycan taekvondoçusu Cavad Ağayev Avropa çempionatında bürünc medal qazanıb

14 May 2026 21:22 3 baxış
IMG

Azərbaycan taekvondoçusu Cavad Ağayev Almaniyanın Münhen şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Azərbaycan Taekvondo Federasiyasından "Report"a verilən məlumaya görə, idmançımız üçüncü yer uğrunda qarşılaşmada San Marino, Almaniya və Çexiya təmsilçiləri üzərində qələbə qazanaraq fəxri kürsüyə yüksəlib.

C.Ağayev 74 kq çəki dərəcəsində mübarizədə bürünc mükafata layiq görülüb.

Qeyd edək ki, daha əvvəl digər Azərbaycan təmsilçiləri – İmaməddin Xəlilov və Sabir Zeynalov da yarışda gümüş medal əldə ediblər.

Xəbər lenti