IMG-LOGO

Azərbaycan cüdoçuları kata üzrə Avropa çempionatında çıxış edəcəklər

14 May 2026 22:48 2 baxış
IMG

Azərbaycan cüdoçuları mayın 16-dan 17-dək Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək kata üzrə Avropa çempionatında çıxış edəcəklər.

Azərbaycan Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, qitə yarışında kata üzrə son ölkə birinciliyinin qalibləri Famil Əsədov (tori) və Yusif Əhmədov (uke) ölkəmizi təmsil edəcəklər.

Cüdoçular gənclər arasında "nage-no-kata" proqramı üzrə bacarıqlarını nümayiş etdirəcəklər.

Qeyd edək ki, beynəlxalq turnirdə 26 ölkədən 346 idmançı mübarizə aparacaq.

Xəbər lenti