IMG-LOGO

Əraqçi: İranla bağlı məsələlərin hərbi həlli yoxdur

14 May 2026 23:34 4 baxış
IMG

ABŞ müxtəlif yollarla İrana qarşı təhdidləri təkrarlayır.

"Report" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

"Biz bu təhdidlərə öyrəşmişik. Onlar (ABŞ nəzərdə tutur - Qeyd) uzun müddətdir ki, öz təhdidlərini müxtəlif yollarla təkrarlayırlar, lakin özləri də başa düşürlər ki, bu təhdidlərdən və hətta başlatdıqları müharibədən heç bir nəticə əldə etməyiblər və etməyəcəklər", - Əraqçi vurğulayıb.

Onun fikrincə, İranla bağlı məsələlərin hərbi həlli yoxdur: "İran təhdidlər qarşısında möhkəm dayanır və boyun əymir, bununla yanaşı, İranla hörmət dilində danışanlar eyni cavabı alırlar".

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail bir sıra şəhərlərə hava zərbələri endirərək İrana qarşı hərbi əməliyyata başlayıb. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

2026-cı il aprelin 8-nə keçən gecə İran, ABŞ və onların müttəfiqləri iki həftəlik atəşkəs barədə razılığa gəliblər, sonradan Ağ Ev rəhbəri Donald Tramp atəşkəsi qeyri-müəyyən müddətə uzadıb. Aprelin 11–12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Müzakirələr nəticəsiz qalıb.

Tehrana təzyiq vasitəsi kimi ABŞ İran limanlarının və Hörmüz boğazından keçidin blokadaya alındığını elan edib. Öz növbəsində İran Hörmüzün Fars körfəzi ölkələrinə gedən gəmilər üçün bağlandığını bildirib. Regiondakı vəziyyət qlobal enerji böhranına səbəb olub.

Xəbər lenti