IMG-LOGO

Cəbrayıla qayıdan keçmiş məcburi köçkün: Artıq öz evimizdə yaşayacağıq

15 May 2026 06:34 3 baxış
IMG

"Doğma evimizə köçməyi böyük həyəcanla gözləmişik. Çox şadam, artıq öz evimizdə yaşayacağıq".

"Report" xəbər verir ki, bu fikirləri Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç edən keçmiş məcburi köçkün Səfərova Maya deyib.

"Bu illərdə Vətən həsrətini çox çəkmişik. Öz torpağımıza, doğulduğumuz, boya-başa çatdığımız kəndimizə - Cəbrayılın Şükürbəyli kəndinə qayıdırıq. Bundan böyük xoşbəxtlik ola bilməz", - deyə o əlavə edib.

Keçmiş məcburi köçkün, həmçinin torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan Azərbaycan əsgərlərinə minnətdarlığını ifadə edib, yaralı hərbçilərə şəfa, şəhidlərimizə isə rəhmət diləyib.

Xəbər lenti