IMG-LOGO

Şirvan şəhərinin bəzi küçələrində elektrik enerjisi olmayacaq

15 May 2026 10:01 2 baxış
IMG

Şirvan şəhərinin bəzi küçələrində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.

"Report"un Aran bürosu xəbər verir ki, bu barədə "Şirvan Elektrik Şəbəkəsi" məlumat yayıb.

Bildirilib ki, mayın 15-i saat 09:00-dan 13:00-dək aparılacaq təmir işləri ilə əlaqədar şəhərin Leytenant İbrahimov, 20 Yanvar, M.Ə.Rəsulzadə və Z.Hacıyev küçələrinin enerji təminatında müvəqqəti fasilələr olacaq.

Xəbər lenti