IMG-LOGO

Hasil Abbasov: Yarmarkalar daha çox əmək bazarındakı tələbi öyrənmək üçün platformadır

15 May 2026 12:43 3 baxış
IMG

Yarmarkalar daha çox əmək bazarında müxtəlif peşə və ixtisaslara olan tələbi öyrənmək üçün platformadır.

Bunu Ağdaşda təşkil olunan "Region Gənclərinin Məşğulluq forumu" çərçivəsində "Report"un Yuxarı Şirvan bürosuna açıqlamasında Dövlət Məşğulluq Agentliyinin sədri Hasil Abbasov deyib.

Onun sözlərinə görə, qeyd olunan forum region gənclərinin əmək bazarı haqqında məlumatlılığının artırılmasında mühüm rol oynayacaq:

"İnanıram ki, Ağdaşdan başlayan bu təşəbbüs ölkənin hər yerinə yayılacaq və əmək bazarının inkişafına töhfə verəcək. Ümumiyyətlə, əmək yarmarkalarının təşkilində məqsəd işaxtaranların iş tapmalarına dəstək olmaq və işəgötürnlərin ən uğurlu namizədləri seçə bilmələrinə imkan yaratmaqdır. Eyni zaçmanda, yarmarkalar həm də daha çox əmək bazarında müxtəlif peşə və ixtisaslara olan tələbi öyrənmək üçün platformadır. Bundan başqa, əmək yarmarkalarında təklif olunan vakansiyaların reallığı ƏMAS sistemində mütləq yoxlanılır".

Xəbər lenti