Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyevin APA-ya müsahibə verib.
Lent.az həmin müsahibənin bir hissəsini təqdim edir:
"İnzibati islahatların özünü üç istiqamətə bölmək olar: rəqəmsal transformasiya, mərkəzləşdirilmiş xidmət modeli və keyfiyyətli idarəetmə.
Rəqəmsal transformasiyaya 2019-cu ildən başlamışıq. 2018-ci ildə DSMF-nin xidmətlərinin cəmi 6-sı rəqəmsal platforma üzərindən göstərilirdisə, bu gün 77-si – yəni 98 faizi – elektronlaşdırılıb. Elektron xidmətlərin 65 faizi proaktiv xidmətlərdir: proaktiv xidmətlər müraciət əsaslı modeldən fərqli olaraq, informasiya bazalarındakı məlumatlar əsasında göstərilir və vətəndaşın hüququ yarandığı tarixdən heç bir müraciət olmadan sosial ödəniş hüquqlarının tanınmasını və müəyyən edilməsini nəzərdə tutur.
2019-cu ildən etibarən apardığımız ciddi mərkəzləşdirmə islahatları isə vətəndaşların əyani müraciətini minimuma endirib və vətəndaş-məmur ünsiyyəti demək olar ki, aradan qaldırılıb. Bu gün vətəndaş-məmur təması yalnız qəbul mərkəzlərindədir: Sosial ödəniş təyinatı aparan heç bir əməkdaş vətəndaşla görüşmür. Bu da onu göstərir ki, vaxtilə bu sahədə cəmiyyətin, həmçinin dövlətimizin narahat olduğu korrupsiya meylləri sıfıra enib".
pensiya sosial təminatMənbə: lent.az