IMG-LOGO

Azərbaycan da daxil olmaqla beş ölkə TRACECA tranzit icazələri üzrə saziş imzalayıb

15 May 2026 13:17 3 baxış
IMG

Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizi (TRACECA) tranzit icazəsinin vahid blankı haqqında hökumətlərarası sazişi Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Ukrayna imzalayıb.

"Report" Özbəkistanın Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, saziş TRACECA Hökumətlərarası Komissiyasının Astanada keçirilən 18-ci iclası çərçivəsində imzalanıb.

Sənəd daşıyıcılara əlavə icazə sənədləri rəsmiləşdirmədən vahid icazə blankı əsasında sazişin iştirakçısı olan bir neçə dövlətin ərazisindən keçmək imkanı verir.

Sazişin inzibati maneələri aradan qaldırmağa və bu nəqliyyat dəhlizi üzrə tranzit müddətini əhəmiyyətli dərəcədə qısaltmağa imkan verəcəyi gözlənilir.

Xəbər lenti