IMG-LOGO

Ərdoğan Türk dövlətlərini müdafiə sənayesində əməkdaşlığı genişləndirməyə çağırıb

15 May 2026 15:53 4 baxış
IMG

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk dövlətlərinin müdafiə sənayesində əməkdaşlığın genişləndirilməsinin zəruriliyini bəyan edib.

"Report"un Türküstana ezam olunmuş müxbirinin məlumatına görə, o bunu Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi sammitində bildirib.

"Fələstin, Livan, İran, Ukrayna və digər böhran nöqtələrində baş verən hadisələr müdafiə qabiliyyətimizin gücləndirilməsi və müdafiə sənayesində əməkdaşlığın genişləndirilməsinin zəruriliyinə işarə edir. Türkiyə müdafiə sənayesi sahəsində topladığı və yüksək texnologiyalara əsaslanan təcrübəsini təşkilatın üzv dövlətləri ilə bölüşməyə hazırdır", - deyə o bildirib.

Ərdoğan həmçinin "TDT+" formatının tezliklə işə salınmasının lehinə çıxıb və Türk dünyasını birləşdirən nəqliyyat layihələrinin, o cümlədən Orta Dəhlizin əhəmiyyətini vurğulayıb.

"Türk dünyasını birləşdirən nəqliyyat layihələri, ilk növbədə Orta Dəhliz, bundan sonra da prioritetimiz olaraq qalacaq", - Ərdoğan vurğulayıb.

Xəbər lenti