IMG-LOGO

Ömüralıyev: TDT-nin birgə peyk layihəsi icra mərhələsindədir

15 May 2026 17:02 4 baxış
IMG

Türk dövlətlərinin birgə peyk layihəsi praktiki icra mərhələsindədir.

"Report"un Türküstana ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömüralıyev TDT-nin qeyri-rəsmi sammitində bildirib.

Onun sözlərinə görə, beş şirkətdən ibarət konsorsiumun formalaşdırılması üzrə işlər başa çatıb və üç ixtisaslaşmış işçi qrupu yaradılıb.

O, bu layihəni rəqəmsallaşma və texnologiyalar sahəsində TDT-nin əməkdaşlığının mühüm istiqamətlərindən biri adlandırıb. Ömüralıyev həmçinin türk dövlətləri arasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsinin və ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsinin zəruriliyini bildirib.

Bununla yanaşı, o qeyd edib ki, ölkələr arasında qarşılıqlı ticarət potensialından hələ ki, tam istifadə olunmur.

TDT-nin baş katibi iqtisadi inteqrasiyanın dərinləşdirilməsinin, nəqliyyat-logistika əlaqələrinin genişləndirilməsinin və əməkdaşlıq mexanizmlərinin inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.

Ömüralıyev həmçinin Türk dövlətləri arasında birgə istehsal zəncirlərinin yaradılmasının və sənaye layihələrinin həyata keçirilməsinin vacibliyini qeyd edib.

Xəbər lenti