Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türküstanda Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının qeyri-rəsmi Sammitində çıxış edərkən Azərbaycan Prezidenti İlham Əliyevə TDT-dəki səmərəli sədrliyinə görə təşəkkür edib.
"Report"un Türküstana ezam olunmuş əməkdaşı xəbər verir ki, Ş.Mirziyoyev deyib:
"Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevə səmərəli sədrliyinə və qurumumuzun beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə yönəlmiş böyük səylərinə görə səmimi minnətdarlığımı bildirmək istəyirəm".