Yaponiyanın Baş naziri Sanae Takaiçi və ABŞ Prezidenti Donald Tramp telefon danışığı zamanı ABŞ liderinin Çinə üç günlük dövlət səfərinin nəticələrini müzakirə ediblər.
"Report" xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.
D.Tramp bildirib ki, o və Çin Sədri Si Cinpin bir neçə "fantastik ticarət sazişi" bağlayıblar, lakin təfərrüatlara girməyib.
ABŞ Prezidenti həmçinin qeyd edib ki, onlar Yaxın Şərqdəki münaqişəyə son qoyulması və Hörmüz boğazının yenidən açılması məsələsində "çox oxşar" mövqedədirlər.