IMG-LOGO

Xoşqədəmin əri Doğuşdan şok ETİRAF: "Münasib olmayan yerlərimdən bıçaqlanmışam, kişi belə..."

15 May 2026 16:48 4 baxış
IMG
2 0

Azərbaycanın televiziya aparıcısı Xoşqədəm Hidayətqızının həyat yoldaşı, məşhur müğənni Doğuş, Esra Ezmecinin proqramında iştirak edərək kimsəsizlər evində keçən uşaqlıq illəri ilə bağlı ürəkdağlayan xatirələrini bölüşüb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, valideynləri ayrıldıqdan sonra 6 yaşında dövlət himayəsinə verilən sənətçi, orada gördüyü qəddar rəftardan danışıb:

"O vaxtlar kimsəsizlər evində şərait çox pis idi. Bir dəfə yatağımı islatdığım üçün xidmətçilərdən biri ülgüclə qolumu kəsmişdi. Bu dözülməz hallara görə oradan qaçdım".

Kimsəsizlər evindən qaçdıqdan sonra həyatının küçələrdə keçdiyini bildirən Doğuş, dəfələrlə ölümlə üz-üzə gəldiyini vurğulayıb.

Bədəninin müxtəlif yerlərindən ağır xəsarətlər aldığını deyən müğənninin bu sözləri studiyadakıları və izləyiciləri heyrətə salıb:

"Ürəyimdən güllələndim, qoltuq altımdan şişləndim. Hətta bədənimin ən münasib olmayan yerlərindən bıçaqlanmışam. Kişi belə olmaya bilərdim, çox ağır yaralar aldım".

Müğənninin bu səmimi və sarsıdıcı etirafları qısa zamanda sosial mediada geniş müzakirələrə səbəb olub.

müğənni Doğuş maqazin

Xəbər lenti