IMG-LOGO

Şükürbəyliyə qayıdan sakin: Yaradılan şərait olduqca gözəldir

15 May 2026 17:58 3 baxış
IMG

Şükürbəyli kəndində yaradılan şərait olduqca gözəldir.

Bunu "Report"un Qarabağ bürosunun Cəbrayıla ezam olunana əməkdaşına Şükürbəyli kənd sakini Savalan Məmmədov deyib.

O qeyd edib ki, kənddən çıxanda 40 yaşı var idi, 64 yaşında isə geri qayıdıb:

"Ailədə 6 qardaş, 1 bacı olmuşuq. İndi doğma kəndimizə qayıtmışıq. Sevincimizin həddi-hüdudu yoxdur. Allahdan Prezident İlham Əliyevə cansağlığı arzulayıram, şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Bu günkü sevincimizin əsas səbəbkarları onlardır. 34 il ərzində, çox əziyyət çəkdik, Beyləqan, İmişli, Kürdəmir, Bakı, daha sonra yenə İmişlidə məskunlaşdıq. Amma yenə də doğma kəndimizin yerini verən olmadı. Burada yaradılan şərait olduqca gözəldir. Yaşayış üçün nə lazımdırsa, var".

Qeyd edək ki, bu gün növbəti köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb, mənzillərin açarları sakinlərə təqdim edilib. Bu mərhələdə kəndə 107 ailənin (453 nəfər) daimi qayıdışı təmin olunub.

Xəbər lenti