IMG-LOGO

Qalibaf: Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur

17 May 2026 04:21 3 baxış
IMG

Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur.

"Report" xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf "X" sosial şəbəkə hesabında yazıb.

"Dünya yeni nizamın astanasındadır. Sədr Si Cinpinin (Çin Xalq Respublikasının Sədri – red.) dediyi kimi: "Yüz ildə görünməmiş dəyişikliklər bütün dünyada sürətlənir".

Onun fikrincə, İranın 70 günlük müqaviməti bu dəyişiklikləri sürətləndirib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.

Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.

ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının bağlandığını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.

Xəbər lenti