IMG-LOGO

Anar Quliyev: Məqsədimiz WUF13-ün yüksək səviyyədə təşkili və iştirakçılar üçün əlverişli şəraitin yaradılmasıdır

17 May 2026 10:23 4 baxış
IMG
0 0

Bugünkü gün əsasən nazirlərin iclasına həsr olunub. Yeri gəlmişkən, ilk dəfədir ki, Bakıda nazirlərin iclası üçün ayrıca bütöv bir gün ayrılıb.

Lent.az "APA-Economics”-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

Anar Quliyev qeyd edib ki, bu gün assambleyaların iclasları da başlayır və növbəti günlər ərzində müxtəlif formatlı tədbirlər keçiriləcək: “Bir sıra yeniliklər və təşəbbüslər nəzərdə tutulub və düşünürəm ki, növbəti günlərdə onlarla daha yaxından tanış olmaq mümkün olacaq.

Biz ilk növbədə tədbirin ev sahibi ölkəsiyik. Buna görə də əsas məqsədimiz WUF13-ün yüksək səviyyədə təşkili və iştirakçılar üçün əlverişli şəraitin yaradılmasıdır. Bununla yanaşı, Birləşmiş Millətlər Təşkilatına üzv ölkə kimi qlobal müzakirələrə öz töhfəmizi verəcək, müxtəlif təşəbbüslərlə çıxış edəcək və Azərbaycanda həyata keçirilən işləri qonaqlara təqdim etmək imkanı əldə edəcəyik”.

WUF13

Xəbər lenti