IMG-LOGO

Guy Ryder: Qarşıdakı 10 il Yeni Şəhər Gündəliyinin icrası baxımından həlledici olacaq

17 May 2026 09:54 4 baxış
IMG
2 0

Qarşıdakı 10 il dayanıqlı şəhər inkişafı sahəsində öhdəliklərin yerinə yetirilməsi baxımından həlledici olacaq.

Lent.az “APA-Economics”-ə istinadən xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan Yeni Şəhər Gündəliyi üzrə nazirlər görüşündə çıxış edən BMT Baş katibinin İcra Ofisinin nümayəndəsi, siyasət məsələləri üzrə Baş katib müavini Guy Ryder deyib.

O, 10 il əvvəl qəbul edilmiş Yeni Şəhər Gündəliyinin inklüziv, təhlükəsiz, dayanıqlı və davamlı şəhərlərin qurulması üçün ortaq baxış yaratdığını qeyd edib.

Onun sözlərinə görə, hazırda dünyada hər dörd nəfərdən biri qeyri-formal yaşayış məntəqələrində və ya gecəqondularda yaşayır ki, bu da insanların sağlamlığı, təhlükəsizliyi və imkanları üçün ciddi risklər yaradır.

Guy Ryder bildirib ki, “Gələcək naminə Pakt” çərçivəsində BMT-yə üzv dövlətlər hər kəsin adekvat, təhlükəsiz və münasib qiymətli mənzilə çıxışının təmin olunmasına dair öhdəlik götürüblər.

BMT rəsmisinin sözlərinə görə, bu məqsədlərə nail olmaq üçün daha güclü tərəfdaşlıqlar, çoxsəviyyəli idarəetmə, inkişaf maliyyəsinə çıxışın genişləndirilməsi, eləcə də məlumat, texnologiya, infrastruktur və institusional potensialın gücləndirilməsi vacibdir.

“Şəhərlər risk və imkanların kəsişdiyi əsas məkanlardır. Qarşıdakı 10 il bu öhdəliklərin daha yüksək ambisiya və təcili yanaşma ilə həyata keçirilməsi üçün həlledici olacaq”, – deyə Guy Ryder vurğulayıb.

WUF13

Xəbər lenti