IMG-LOGO

Zuzana Mrazova: "Mənzil təminatına sosial birliyin və iqtisadi imkanların əsası kimi baxırıq"

17 May 2026 10:53 3 baxış
IMG

Mənzil əlçatanlığı, infrastruktur ehtiyacları və ərazi fərqləri daha güclü çoxsəviyyəli idarəetmə, daha yaxşı koordinasiya və proqnozlaşdırıla bilən maliyyələşdirmə tələb edir.

"Report" xəbər verir ki, bunu Çexiyanın regional inkişaf naziri Zuzana Mrazova Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində nazirlərin dəyirmi masasında bildirib.

Onun sözlərinə görə, Çexiya hökuməti mənzil təminatını sosial birliyin və iqtisadi imkanların əsası olan mühüm ictimai maraq kimi qiymətləndirir: "Bu yanaşma hüquqi çərçivələrin modernləşdirilməsinə, həssas qrupların dəstəklənməsinə və bələdiyyə potensialının gücləndirilməsinə yönəlmiş islahatları istiqamətləndirir. Biz həmçinin inteqrasiya olunmuş şəhər inkişafının əhəmiyyətini vurğulayırıq. Doğrudur, mənzil məsələləri ilə problemlər qalmaqdadır".

Nazir əlavə edib ki, bunlar, ortaq problemlərdir və kollektiv həllər tələb edir: "Gələcəyə baxarkən, Çexiya əlçatan mənzil, iqlimə davamlı və enerji səmərəli şəhər inkişafı, bələdiyyə potensialının gücləndirilməsi və yerli hakimiyyət orqanları, vətəndaş cəmiyyəti, özəl sektor və akademiya ilə güclü tərəfdaşlığa üstünlük verməyə davam edəcək. Çexiya bu yeni Təkmilləşdirilmiş Gündəliyin qabaqcıl və inklüziv şəkildə həyata keçirilməsi üçün dünya üzrə tərəfdaşlarla işləməyə hazırdır".

Xəbər lenti