IMG-LOGO

Konqo WUF13-dən yeni investisiya imkanları gözləyir - EKSKLÜZİV

17 May 2026 10:43 3 baxış
IMG

Konqo Demokratik Respublikası Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirakını ölkənin və bütün Afrika qitəsinin investisiya potensialını beynəlxalq tərəfdaşlara təqdim etmək üçün bir fürsət kimi dəyərləndirir.

Bu barədə "Report"a Konqonun şəhərsalma və mənzil inşası üzrə dövlət naziri Aleksis Muvuni bildirib.

"Biz bu forumdan Konqo Demokratik Respublikası barədə məlumat vermək, investorları cəlb etmək və Afrikanın investisiya yatırıla biləcək bir qitə olduğunu göstərmək imkanı gözləyirik", - nazir forum çərçivəsində agentliyə bildirib.

Onun sözlərinə görə, ölkə hökuməti ümid edir ki, beynəlxalq tərəfdaşlar və özəl investorlar Konqo və ümumilikdə Afrika haqqında daha yaxından məlumat əldə edə biləcəklər, bu da investisiyaların gələcək artımına kömək edəcək.

Muvuni, həmçinin vurğulayıb ki, WUF13-də iştirak daha əvvəl Nayrobidə keçirilən Afrika Forumunda başlanmış müzakirələrin davamı olub.

"Biz bu gün buraya, burada, Bakıda keçirilən bu Ümumdünya Forumunda Afrikanın səsini duyurmaq üçün gəlmişik", - o bildirib.

Xəbər lenti