IMG-LOGO

Kanada rəsmisi: "Mənzil strategiyasına 115 milyard dollardan çox investisiya ayrılıb"

17 May 2026 11:48 3 baxış
IMG

Kanada mənzil strategiyasına 115 milyard ABŞ dollarından çox investisiya ayırıb.

"Report" xəbər verir ki, bunu Kanadanın mənzil, infrastruktur və icmalar nazirinin müavini Janet Golding Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən nazirlərin dəyirmi masasında deyib.

Onun sözlərinə görə, Yeni Şəhər Gündəliyi son 10 ildə Kanadanın şəhər və icmalara yanaşmasında mühüm dəyişikliklərə səbəb olub: "Kanada daha insan mərkəzli, inteqrasiya olunmuş və inklüziv urban inkişaf modelinə keçid edib. 2017-ci ildə Kanada hökuməti insan hüquqları prinsiplərinə əsaslanan Milli Mənzil Strategiyasını işə salıb. Strategiya çərçivəsində 10 ildən artıq müddətdə mənzil sahəsinə 115 milyard ABŞ dollarından çox federal investisiya nəzərdə tutulub. Ölkədə şəhərlər və yerli icmalar milli siyasətin icrasında daha aktiv tərəfdaşa çevrilib. Bələdiyyələr və yerli icmalar evsizlik, mənzil çatışmazlığı və infrastruktur problemləri ilə bağlı yerli reallıqlara uyğun qərarlar qəbul etmək səlahiyyəti əldə edib".

J. Golding qeyd edib ki, Kanada növbəti 10 il üçün üç əsas prioritet müəyyənləşdirib: "Bunlar sürət və miqyasın artırılması, inklüzivlik və tərəfdaşlığın gücləndirilməsi, həmçinin dayanıqlılıq və ekoloji davamlılıqdır. Urbanizasiya siyasətində iqlim dəyişikliyinə uyğunlaşma, enerji səmərəliliyi və fəlakətlərə hazırlıq məsələləri əsas istiqamətlərdən biri olacaq. Dünya Şəhərsalma Forumu ölkələr arasında təcrübə mübadiləsi və ən yaxşı praktikanın paylaşılması üçün vacib platformadır".

Xəbər lenti