Toqonun Torpaq və Şəhərsalma Nazirliyinin nümayəndəsi Kojdo Edem Jean Pierre Avogan BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) sayəsində Bakının gözəlliyini və insanlarının necə mehriban olduğunu kəşf etdiyini bildirib.
Toqo nümayəndəsi "Report"a açıqlamasında diqqətə çatdırıb ki, Bakıya bu gün səhər eniş edib.
O qeyd edib ki, insanlar çox yaxşıdırlar:
"Bizə qarşı mehriban və yardımsevər davranırlar. İmkanım olsa, forumdan sonra da bir az qalacam və başqa yerləri gəzməyi planlayıram".
Nazirlik nümayəndəsi WUF13-də iştirakının ölkəsi üçün önəminə də toxunub:
"Bu tədbirdə digər ölkələrin Toqodan fərqli olaraq daha inkişaf etmiş sahələrdə necə fəaliyyət göstərdiyini görmək, təcrübələri müqayisə etmək və ən yaxşı təcrübələri öyrənmək üçün iştirak edirəm. Eyni zamanda tədbirdə iştirak edən tərəfdaşlarla görüşüb ölkəmizdə siyasətlərin həyata keçirilməsi üçün necə əməkdaşlıq edə biləcəyimizi müzakirə etmək istəyirəm".