IMG-LOGO

Meksika nümayəndəsi: WUF13-ü yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycana təşəkkür edirik

17 May 2026 12:07 3 baxış
IMG
0 0

Azərbaycana WUF13-ü yüksək səviyyədə təşkil etdiyinə görə Meksika höküməti adından təşəkkür edirəm.

Lent.az APA-ya istinadən xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində nazirlərin toplantısı zamanı Meksika nümayəndəsi deyib. O qeyd edib ki, forum çərçivəsində irəli sürülən təşəbbüs və təkliflərin gələcəkdə reallaşdırılacağına əmindir.

O bildirib ki, inklüzivlik və insanların qərarvermə proseslərində mərkəzi şəkildə təmsil olunması dayanıqlı inkişafın əsas amillərindən biridir.

O vurğulayıb ki, “heç kəsi geridə qoymamaq” prinsipi bu istiqamətdə əsas yanaşma olmalıdır.

Meksika təmsilçisi mənzil hüququnun dövlət siyasətində prioritet yer tutmasının vacibliyini də vurğulayıb:

“Bu gün beynəlxalq müzakirələr mənzil hüququna iki fərqli yanaşmanı əks etdirir. Birinci yanaşma mənzili fundamental insan hüququ kimi qəbul edir və dövlətlərin bu hüququ təmin etmək məsuliyyətini daşıdığını nəzərdə tutur”.

O əlavə edib ki, struktur bərabərsizliklər insanların hüquq və imkanlara çıxışını məhdudlaşdırmamalıdır və dövlət siyasəti məhz bu maneələrin aradan qaldırılmasına yönəlməlidir.

WUF13

Xəbər lenti