IMG-LOGO

Bəhreynli nazir: "Mənzil təminatı müxtəlif cəmiyyətlərin təhlükəsizliyi üçün təməl daşıdır"

17 May 2026 12:50 2 baxış
IMG

Mənzil təminatı müxtəlif cəmiyyətlərin təhlükəsizliyi üçün təməl daşıdır.

"Report" xəbər verir ki, bunu Bəhreynin mənzil tikintisi və şəhər planlaşdırması naziri Amna Alrumaihi Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində nazirlərin dəyirmi masasında bildirib.

Onun sözlərinə görə, bugünkü tədbir 2,8 milyard insanın qeyri-qənaətbəxş şəraitdə yaşadığı kritik bir mərhələyə təsadüf edir: "Bu isə beynəlxalq əməkdaşlığın gücləndirilməsini və hər kəsin öz hüquqlarını əldə edə bilməsini təmin edəcək innovativ, dayanıqlı planların hazırlanmasını tələb edir. Müvafiq mənzil təminatının cəmiyyətlərimizin təhlükəsizliyi üçün təməl daşı olduğuna inanırıq ki, bu da bizim "İqtisadi Baxış 2030" sənədimiz və hökumət proqramımızla eyni xətt təşkil edir. Bunu həyata keçirmək üçün Bəhreyn şəhərlərin yenidən qurulmasına əsaslanan kompleks yanaşma tətbiq edib".

O əlavə edib ki, Bəhreyn güclü və innovativ həll yollarının tapılmasını təmin etmək üçün paralel olaraq tərəfdaşlıq layihələrini – dövlət-özəl tərəfdaşlığını təkmilləşdirmək istiqamətində işləyir: "Eyni zamanda, daşınmaz əmlak tikinti şirkətlərinin münasib qiymətə mənzillər təklif etməsini təmin etməyə çalışırıq".

Xəbər lenti