IMG-LOGO

Rusiya WUF13-də şəhərlərin dayanıqlı inkişafına sadiqliyini bəyan edib

17 May 2026 12:42 2 baxış
IMG

Rusiya şəhərlərin dayanıqlı inkişaf məqsədlərinə nail olmağa sadiq qalır və mənzil tikintisi sahəsində genişmiqyaslı layihələrin icrasını davam etdirir.

"Report" xəbər verir ki, bu barədə Rusiya Tikinti və Mənzil-kommunal Təsərrüfatı nazirinin müavini Nikita Stasişin WUF13 çərçivəsində keçirilən dəyirmi masada bildirib.

Onun sözlərinə görə, tikinti sahəsi ölkənin iqtisadi inkişafının əsas hərəkətverici qüvvələrindən biridir.

"Bütün ölkə ərazisində yeni yaşayış məhəllələri, sosial strukturlar tikilir, kommunal qurğular modernləşdirilir, ictimai məkanlar yaradılır", - o bildirib.

Rusiya nümayəndə heyətinin təmsilçisi qeyd edib ki, ölkə yaşayış üçün infrastrukturun yaradılması ilə bağlı genişmiqyaslı milli layihələr həyata keçirir.

"Son 5 il ərzində biz təxminən 650 milyon kvadratmetr yaşayış sahəsi inşa etmişik", - o vurğulayıb.

Xəbər lenti