Yaxın Şərqdə artan regional gərginlik yaşayış məntəqələrini də hədəfə alaraq mülki əhalinin təhlükəsizliyi üçün ciddi risk yaradıb.
Bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan Yeni Şəhər Gündəliyi üzrə nazirlər görüşündə çıxış edən Bəhreynin mənzil və şəhərsalma naziri Amna Al-Rumaihi bildirib.
Onun sözlərinə görə, son hücumlar yaşayış binalarına ziyan vurub və cəmiyyətlərin sabitliyi ilə mülki əhalinin təhlükəsizliyini təhdid edib.
Nazir qeyd edib ki, Bəhreyn dövlət qurumları arasında yüksək koordinasiya sayəsində bərpa işlərini operativ şəkildə həyata keçirib, təmir xərclərini öz üzərinə götürüb və ailələrin qısa müddətdə öz evlərinə qayıtmasını təmin edib.
Amna Al-Rumaihi vurğulayıb ki, böhranlara davamlı şəhərlərin qurulması yalnız iqlim və ekoloji çağırışlara cavab vermək deyil, həm də fövqəladə hallara yüksək hazırlıq səviyyəsinin təmin olunması deməkdir. /“APA-Economics”
WUF13