IMG-LOGO

Niderland nümayəndəsi: "Su xidmətlərinin üzərində dövlət nəzarəti saxlanılmalıdır"

17 May 2026 13:58 2 baxış
IMG

Su xidmətlərinin məqsədi mənfəət əldə etmək deyil.

"Report" xəbər verir ki, bunu Niderlandın Vageningen Universitetinin Su Resurslarının İdarəolunması Qrupunun nümayəndəsi Cerri van den Berqe Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Qlobal Su Operatorları Tərəfdaşlığı Alyansının (GWOPA) Assambleyasında deyib.

Onun sözlərinə görə, hər bir özəl şirkətin əsas məqsədi mənfəət əldə etməkdir: "Əgər şirkət mənfəət qazanmasa, fəaliyyətini dayandırır. Amma su xidmətlərinin əsas məqsədi bütün əhalinin suya çıxışını təmin etməkdir. Su xidmətlərinin tam şəkildə özəl operatorlara verilməsi xidmətin mahiyyətini dəyişir".

O qeyd edib ki, əgər xidmət özəl operatorun idarəçiliyinə verilirsə, o zaman xidmətin məqsədi də dəyişmiş olur: "Müəyyən istiqamətlərdə özəl şirkətlərlə əməkdaşlıq mümkündür. Məsələn, laboratoriya testləri, araşdırmalar və ya konsultasiya xidmətləri üçün özəl şirkətlərin imkanlarından istifadə edilə bilər. Amma bu, su xidmətlərinin özəlləşdirilməsi anlamına gəlmir".

C. Berqe vurğulayıb ki, su ictimai xidmət olduğu üçün onun üzərində dövlət nəzarəti saxlanılmalıdır.

Xəbər lenti