Dünyanı daha təhlükəsiz və perspektivli yerə çevirmək üçün WUF13-də bir araya gəlmişik.
"Report" xəbər verir ki, bunu "Local2030 Coalition" katibliyinin rəhbəri Sebastien Vauzelle Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən Yerli və regional hökümətlərin ümumdünya Assambleyasındakı çıxışında deyib.
O, bu mənada, yerli və regional hökumətlərin çox vacib rola malik olduqlarını diqqətə çatdırıb:
"Dünyanın daha yaxşı, daha istənilən bir hala gətirilməsi üçün hər kəsin hüquqlarına hörmətlə yanaşılmalıdır. Bu isə öz növbəsində sözügedən hökumətlər üçün həm şəhərlər, həm də regional səviyyədə çox böyük məsuliyyət deməkdir".
S.Vauzelle Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası vasitəsilə Bakıdan beynəlxalq ictimaiyyətə fəaliyyət çağırışı etməyin vacibliyini vurğulayıb:
"İş təkcə bu gündən ibarət deyil, bu təşəbbüs uzunmüddətli və davamlı bir proses halına gətirilməlidir. Çünki biz burada qlobal məsələ olan davamlı diaqloqdan bəhs edirik. Təbii, hədəfləriimizi reallaşdırmaq üçün davamlılıq şərtdir. Bir sözlə, biz bugünki forumdan və bundan sonrakı proseslərdən dünyanı daha yaxşı bir yerə çevirməyi gözləyirik".