Şəhər inkişafında gender bərabərliyi inklüziv şəhər məkanlarının və firavan cəmiyyətlərin yaradılmasında əsas rol oynayır.
"Report" xəbər verir ki, bunu Mavriki Respublikasının sabiq prezidenti, biomüxtəliflik sahəsində alim Əminə Qürib-Fəkim Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində qadınlar assambleyasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, gender bərabərliyinin təşviqi üçün şəhər infrastrukturu və mühitinin inkişafını yenidən nəzərdən keçirmək, onları daha inklüziv etmək lazımdır: "Fakt budur ki, ətraf mühitin deqradasiyası, iqlim dəyişikliyi, təbii fəlakətlər və silahlı münaqişələr şəhərlərin və yaşayış məntəqələrinin həyat qabiliyyətinə təhlükə yaradır".
Xəbər yenilənir