IMG-LOGO

SALGA: Son 30 ildə Cənubi Afrikada tikinti sıxlığı təmin edilməyib

17 May 2026 14:50 2 baxış
IMG

Cənubi Afrikada son 30 ildəki transformasiyanın səhvlərindən biri tikinti sıxlığını təmin etməmək olub.

"Report" xəbər verir ki, bunu Cənubi Afrika Yerli Özünüidarəetmə Assosiasiyasının (SALGA) baş icraçı direktoru Sithole Mbanga Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində nazirlərin dəyirmi masasında bildirib.

Onun sözlərinə görə, mövcud torpaq sahələrindən məkanların sıxlaşdırılmasını əhatə edən səmərəlilik yaradılmadan istifadə edilib: "Halbuki hər hektarda 10-dan çox ailəni yerləşdirmək lazımdır. Bunun əvəzinə biz hər ailəyə müəyyən sayda ərazi verdik. Əgər biz rəqəmsallaşdırmanı həyata keçirsəydik, bəlkə də bu səhvi etməzdik".

Qonağın sözlərinə görə, rəqəmsalaşma olmadan lazımi qərarları qəbul etmək və hadisəyə operativ reaksiya vermək mümkün deyil: "Məlumatlara əsaslanan idarəetmə eyni zamanda prosesləri rəqəmsallaşdırmağa imkan verir. Bir zamanlar rəqəmsallaşdırma çoxlarını qorxudan bir konsepsiya idi. Hamı ondan çəkinirdi. Lakin görünən odur ki, məhz rəqəmsallaşma həllin vacib tərkib hissəsidir. O, hər şeyi şəffaf edir ki, bu da onu əsas komponentə çevirir".

Xəbər lenti