IMG-LOGO

Mərkəzi Afrika Respublikası Bakıda WUF13-də iştirak vasitəsilə investisiyalar cəlb etməyə ümid edir

17 May 2026 14:31 2 baxış
IMG

Mərkəzi Afrika Respublikası öz iqtisadiyyatına investisiya axınlarının cəlb edilməsi ilə bağlı gözləntilərini Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqələndirir.

"Report" xəbər verir ki, bu bəyanatla Mərkəzi Afrika Respublikasının Şəhərsalma və Mənzil İnşaatı Nazirliyinin texniki əməkdaşı Sara Maymuna Koe (Sarah Maimouna Koe) Bakıda keçirilən WUF13 çərçivəsində nazirlərin dəyirmi masası zamanı çıxış edib.

O vurğulayıb ki, ölkə diqqətini suaxıtma və su resurslarına çıxışın təmin edilməsi məsələlərinin həllinə cəmləməli, eləcə də rəqəmsallaşmanı və milli torpaq kadastrının kompleks şəkildə modernləşdirilməsini təşviq etməlidir.

"Hazırda biz iqlim şəraitimizə uyğunlaşdırılmış əlçatan mənzillərin inşası üçün yerli materiallar və innovativ yanaşmalar əsasında yaradılan Afrika evi konsepsiyasını təşviq edirik. Məqsədlərimiz dövlət sərhədlərindən çox kənara çıxır. Çünki Mərkəzi Afrika Respublikası əlaqələrin qurulması və yeni imkanların açılması üçün bir platformaya çevrilmək niyyətindədir. Mərkəzi Afrika İqtisadi Birliyinin tərkibində biz həqiqətən də regional inkişafa olan sadiqliyimizi təsdiqləmək və əsl nümunə olmaq istəyirik. Biz buraya sadəcə ehtiyacların siyahısı ilə gəlməmişik. Biz konkret fəaliyyət planı gətirmişik və bizə yardım göstərilməsini xahiş edirik. Bu gün Mərkəzi Afrika Respublikasına yatırılan investisiyalar - gənc, strateji əhəmiyyətli və dinamik inkişaf edən bir əraziyə qoyulan sərmayələrdir. Bunun sayəsində biz gələcək nəsillər üçün daha layiqli həyat və yaxşılaşdırılmış şərait təmin edəcəyik, vətəndaşlarımız isə daha keyfiyyətli xidmətlərə çıxış əldə edəcəklər", - o bildirib.

Xəbər lenti