IMG-LOGO

Anaklaudia Rossbax: "Torpaq və mənzilə yalnız kommersiya predmeti kimi baxmaq olmaz"

17 May 2026 15:42 3 baxış
IMG

Hazırkı qlobal vəziyyət səmərəli dövlət idarəçiliyinə, gələcəyə hesablanmış strateji planlaşdırmaya və mənzil siyasəti sahəsində genişmiqyaslı tərəfdaşlığın inkişafına kəskin ehtiyac olduğunu göstərir.

"Report" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Sosial inklüzivlik və yoxsulluğun aradan qaldırılması üçün mənzil təminatı" mövzusunda panel müzakirəsi zamanı bildirib.

O qeyd edib ki, hazırda şəhərlər iqlim dəyişiklikləri, əhalinin məcburi miqrasiyası, torpaq resurslarının bahalaşması və artan sosial təbəqələşmə ilə əlaqədar olaraq əhəmiyyətli təzyiqə məruz qalırlar.

"Torpaq və mənzilə yalnız kommersiya predmeti kimi baxmaq olmaz. Onlar sosial və ekoloji funksiyaları yerinə yetirir və ictimai rifaha xidmət etməlidir. İnklüziv və dayanıqlı şəhərlər qurmaq üçün mənzil sistemlərinin transformasiyası zəruridir. Bu kontekstdə sosial və ictimai mənzil fondunun genişləndirilməsi, qeyri-rəsmi yaşayış məskənlərinin yenilənməsi, eləcə də torpağa və baza xidmətlərinə çıxışın yaxşılaşdırılması əsas prioritetlər sırasındadır", - A. Rossbax vurğulayıb.

Xəbər lenti