IMG-LOGO

Nyu-Yorklu şəhərsalma mütəxəssisi: Enerji və iqlim dəyişikliyi sahəsində ciddi problemlər mövcuddur

17 May 2026 15:41 2 baxış
IMG

Enerji və iqlim dəyişikliyi üzrə ciddi problemlər yaşanılan bir dövrdə WUF13 ilə bağlı keçirilən toplantı yüksək qiymətləndirilir.

Bunu "Report"a açıqlamasında WUF13-də iştirak edən ABŞ-nin Nyu-York şəhəri üzrə memar, şəhərsalma mütəxəssisi və pedaqoq Lens C. Braun deyib.

O bildirib ki, artıq 10-cu Ümumdünya Şəhərsalma Forumunda iştirak edir:

"Mən BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Yeni Şəhərsalma Gündəliyi və Dayanıqlı İnkişaf Məqsədlərinə verdiyi dəstək missiyasını böyük fədakarlıqla müdafiə edirəm. Xüsusilə bərabərsizlik, enerji və iqlim dəyişikliyi ilə bağlı ciddi problemlər yaşadığımız bir dövrdə, bu konkret toplantının mənzil təminatına və icmaların qurulmasına, yəni mənzillə bərabər yaranan bütün ehtiyacların tam spektrinə, yönəlməsini çox yüksək qiymətləndirirəm. Hesab edirəm ki, yaxşı bir başlanğıc etmişik. Ümidlərim çox böyükdür".

Xəbər lenti