IMG-LOGO

BMT rəsmisi: "Korporativ dayanıqlılıq biznes üçün vacibdir"

17 May 2026 15:38 2 baxış
IMG

Korporativ dayanıqlılıq biznes üçün vacibdir, o, PR və korporativ məsuliyyət büdcələrində nəzərə alınmalıdır.

"Report" xəbər verir ki, bunu BMT-nin Global Compact proqramının ölkə meneceri Samir Məmmədov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində nazirlərin dəyirmi masasında bildirib.

"Biz dayanıqlılığa gec-tez məşğul olacağımız iş kimi baxmamalıyıq. Əks halda, o, bizim yanımızdan bir fürsət kimi keçəcək. Əgər biz bu dalğanın üstünə minməsək, bu, sonradan bazar normasına çevriləcək, biz isə ondan fayda əldə edə biləcək mövqedə olmayacağıq. Mən heç bir halda fərdi məsuliyyəti inkar etmirəm. Bu, şübhəsiz ki, mövcuddur. Amma korporativ dayanıqlılıq biznes üçün təqdimatlarda deyil, mənfəət və zərər hesabatlarında olmalıdır", - deyə o qeyd edib.

Qonaq əlavə edib ki, WUF13-dən gözləntisi özəl sektorun proseslərə daha çox cəlb olunması ilə bağlıdır: "Əslində bu, artıq baş verir və mən bunu görürəm. Bu gün və bu həftə ərzində burada olan investorlar, baş direktorlar və maliyyə direktorları bu söhbətlərdən, yeni ideyalardan necə fayda əldə edəcəklərini və bunu biznes icmasında daha da irəli necə aparacaqlarını anlayaraq gedəcəklər. Elə etməlidilər ki, biznes icması, yenə də, buna əldən verilmiş fürsət riskindən başqa bir şey kimi baxmasın".

Xəbər lenti