Britaniyanın Sky Sports telekanalı “Sunday Times” qəzetinin varlılar siyahısını təhlil edərək Britaniya idman simalarının siyahısını hazırlayıb.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, “Formula 1”in fəxri prezidenti və keçmiş sahibi 95 yaşlı Berni Ekklstoun və ailəsi 2 milyard funt sterlinqlə birinci yerdədir.
İkinci yerdə 1,185 milyard funt sterlinqlə keçmiş futbolçu və “İnter Mayami” klubunun sahibi ser Devid Bekhem və həyat yoldaşı Viktoriya gəlir.
Üçüncü yerdə Barri və Eddi Hern qərarlaşıb. Boks promoutları ilə məşğul olan ata və oğul komandası 1,035 milyard funt sterlinq qazanıb.
Fəxri siyahıda həmçinin Ben Fransis (Britaniya fitness geyim brendi “Gymshark”ın sahibi, 800 milyon), Luis Hamilton (“Ferrari” “F-1” pilotu, 435 milyon), Tom və Fil Bionlar (Castore brendinin sahibləri, 350 milyon), Rori Makilroy (qolfçu, 325 milyon), Entoni Coşua (boksçu, 240 milyon), Tayson Fyuri (boksçu, 162 milyon), Harri Keyn (“Bavariya”nın futbolçusu, 110 milyon) və Endi Marrey (tennisçi, 110 milyon) da yer alır.
Varlılar britaniyalı idmançılar