İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Baş katibi Sohail Mahmud BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 17-də Azərbaycana səfərə gəlib.
"Report" xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı rəsmi şəxslər qarşılayıblar.