IMG-LOGO

Adib Benbrahim: WUF13 - şəhər təcrübələrinin mübadiləsi üçün mühüm platformadır

17 May 2026 16:07 4 baxış
IMG

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) şəhər siyasəti sahəsində təcrübə mübadiləsi üçün mühüm platformadır.

Bu barədə "Report"a Mərakeşin Ərazi Planlaşdırılması, Mənzil Təsərrüfatı və Şəhər Siyasəti Nazirliyinin mənzil tikintisi məsələləri üzrə dövlət katibi Adib Benbrahim bildirib.

"WUF13 təcrübə mübadiləsi üçün bir platformadır. Burada bir çox ölkələr və paylaşılması vacib olan müxtəlif təcrübələr təmsil olunur", - o bildirib.

Mərakeşin şəhər siyasəti haqqında danışan Benbrahim qeyd edib ki, ölkə bir sıra əsas istiqamətlər üzrə əhəmiyyətli irəliləyiş əldə edə bilib.

Onun sözlərinə görə, Mərakeş şəhər boşluqlarının aradan qaldırılması prosesini demək olar ki, başa çatdırıb və sosial mənzillərin inkişafında mühüm nəticələr əldə edib.

"Hesab edirik ki, artıq əhəmiyyətli irəliləyiş əldə etmişik. Şəhər boşluqlarının aradan qaldırılması məsələsində biz bu prosesi demək olar ki, başa çatdırmışıq. Eyni şey sosial mənzillərə də aiddir - bu istiqamətdə də mühüm nəticələr əldə olunub", - o qeyd edib.

Benbrahim əlavə edib ki, Mərakeş şəhərlərin yenidən qurulması proqramlarının icrasının yekun mərhələsindədir və sosial bərabərsizliyin və yoxsulluğun azaldılması, eləcə də sosial həmrəyliyin gücləndirilməsi üzrə tədbirlər həyata keçirir.

Xəbər lenti