IMG-LOGO

BMT-də şəhərlərin inkişafında su amilinin lazımınca qiymətləndirilməməsi barədə xəbərdarlıq ediblər

17 May 2026 17:27 2 baxış
IMG

Mənzil siyasəti artıq su təchizatı və su ehtiyatlarının idarə edilməsi məsələlərindən ayrı formalaşdırıla bilməz, çünki məhz su şəhərlərin dayanıqlı inkişafının əsasını təşkil edir.

"Report"un məlumatına görə, bunu BMT Baş katibinin su məsələləri üzrə xüsusi elçisi Retno Marsudi Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən panel sessiyası zamanı bəyan edib.

Onun sözlərinə görə, şəhər inkişafında su amilinə yanaşma xüsusi əhəmiyyət kəsb edir, çünki bu, ictimai sağlamlığa, inklüzivlik səviyyəsinə və iqtisadi artımın dayanıqlığına birbaşa təsir göstərir.

Marsudi vurğulayıb ki, su dayanıqlı şəhər inkişafının təməlidir, lakin bu amil şəhərlərin planlaşdırılmasında hələ də lazımınca nəzərə alınmır.

O qeyd edib ki, şəhərin dayanıqlığı səhvən yalnız mənzil tikintisinin həcmi ilə əlaqələndirilir, halbuki bu yanaşma təhlükəsiz içməli su, sanitariya, səmərəli drenaj sistemi və iqlim risklərindən müdafiəyə çıxışı da əhatə etməlidir.

Xəbər lenti