IMG-LOGO

"Mənzil məsələsi şəhər siyasətimizin mərkəzində qalmalıdır" - Komitə sədri

17 May 2026 18:23 3 baxış
IMG
0 0

Bugünkü müzakirələr açıq şəkildə göstərdi ki, Yeni Şəhər Gündəliyi yalnız aktual deyil, həm də həyati əhəmiyyət daşıyır.

“APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində Yeni Şəhər Gündəmi (NUA) üzrə Nazirlər Görüşü - Yekun iclasda çıxışı zamanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

O qeyd edib ki, biz bir daha anlayırıq ki, şəhərlərimizin qarşılaşdığı problemlər daha mürəkkəbləşir:

“Buna uyğun olaraq bizim ambisiyalarımız da daha güclü olmalıdır.

Bugünkü milli çıxışlar və tematik panellər zamanı bir mesaj xüsusilə aydın səsləndi: mənzil məsələsi şəhər siyasətimizin və siyasi öhdəliklərimizin mərkəzində qalmalıdır.

Eyni zamanda bugünkü dialoq bir daha təsdiqlədi ki, mənzil gündəliyini iqlim gündəliyindən ayırmaq mümkün deyil.

Necə tikdiyimiz, harada tikdiyimiz və şəhərlərimizin necə böyüdüyü yalnız şəhər rifahını deyil, həm də iqlim gələcəyimizi müəyyən edəcək”.

A.Quliyev vurğulayıb ki, mənzil şəhər inkişafı ilə iqlim fəaliyyətinin ən görünən kəsişmə nöqtələrindən biridir:

“Dayanıqlı və davamlı mənzillər icmaları daşqınlardan, istilik dalğalarından, quraqlıqlardan, dəniz səviyyəsinin qalxmasından qoruyur.

Enerji səmərəli binalar emissiyaları azaldır və aşağı karbonlu şəhərlərə keçidi dəstəkləyir.

Kompakt şəhərsalma, yaşıl mobillik və təbiətə əsaslanan həllər həm ekoloji dayanıqlılığı, həm də həyat keyfiyyətini yaxşılaşdırır.

Məhz buna görə şəhər və iqlim gündəliklərinin əlaqələndirilməsi vacibdir”.

WUF13

Xəbər lenti