IMG-LOGO

İsrailin Livana endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 3 min nəfərə yaxınlaşır

17 May 2026 18:33 3 baxış
IMG

Martın 2-dən İsrail Müdafiə Ordusunun Livana endirdiyi zərbələr nəticəsində 2988 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyinin "X" sosial şəbəkə hesabında yayılan bəyanatında deyilir.

"Martın 2-də hərbi eskalasiyanın başlamasından bəri öldürülən vətəndaşların ümumi sayı 2 988-ə, yaralıların sayı isə 9 210-a çatıb", - qurumun bəyanatında bildirilir.

Qeyd olunur ki, son sutka ərzində Livanda İsrail Hərbi Hava Qüvvələrinin ölkənin cənub və cənub-şərq bölgələrinə endirdiyi zərbələr zamanı azı 37 nəfər həlak olub, daha 222 nəfər isə yaralanıb.

Xəbər lenti