IMG-LOGO

Azərbaycan və UN-Habitat gələcək WUF-lar üçün təlimat hazırlayacaq

17 May 2026 18:25 2 baxış
IMG

Azərbaycan və UN-Habitat gələcək Ümumdünya Şəhərsalma Forumlarının keçirilməsi üzrə məlumat-əməliyyat təlimatı hazırlamaq niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda Ümumdünya Şəhər Forumunun 13-cü sessiyasının (WUF13) ilk gününün yekunlarına dair bəyanatla çıxış edərkən bildirib.

Onun sözlərinə görə, Bakıda foruma uğurlu hazırlıq toplanmış təcrübənin qorunub saxlanması və gələcək ev sahibi ölkələrə ötürülməsinin zəruriliyini göstərib:

"Bakıda WUF13-ün keçirilməsinə uğurlu hazırlığı qəbul edərək, biz bu təcrübənin gələcək ev sahibi ölkələr üçün qorunub saxlanılması və daha da yayılmasının vacibliyini də görürük. Azərbaycanda WUF13 Əməliyyat Şirkəti tərəfindən hazırlanmış "Bakı standartları"na əsaslanaraq, biz UN-Habitat ilə birlikdə gələcək Ümumdünya Şəhərsalma Forumlarının təşkili üzrə məlumat-əməliyyat təlimatı hazırlamaq niyyətindəyik".

Xəbər lenti