IMG-LOGO

Netanyahu İrana hücumla bağlı Trampdan xəbər gözləyir

17 May 2026 21:25 4 baxış
IMG

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.

"Report" xəbər verir ki, bu barədə Netanyahunun ofisi məlumat yayıb.

Qeyd olunub ki, söhbət İsrail Nazirlər Kabinetinin təhlükəsizlik məsələləri üzrə iclası başlamazdan əvvəl baş tutub və yarım saatdan çox davam edib.

"Tramp Çinə səfərinin nəticələri barədə Netanyahunu məlumatlandırıb, həmçinin onlar İran ətrafındakı vəziyyəti müzakirə ediblər", - məlumatda qeyd olunur.

Tərəflər İrana qarşı zərbələrin bərpa olunması ehtimalını da müzakirə ediblər. "Tramp qərar qəbul etməlidir və əgər o, hərbi əməliyyatları bərpa etmək qərarına gələrsə, böyük ehtimalla, İsrail də onlara qoşulacaq", - bəyanatdan məlum olub.

Xəbər lenti