IMG-LOGO

BMT rəsmiləri Azərbaycanın qlobal iqlim gündəliyində davamlı liderliyini müzakirə ediblər

17 May 2026 22:53 4 baxış
IMG

BMT-nin Azərbaycandakı müvəqqəti rezident əlaqələndiricisi İqor Qarafuliç Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində BMT-nin Baş Katibinin su məsələləri üzrə xüsusi nümayəndəsi Retno Marsudi ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı ofisinin saytı məlumat yayıb.

"Fikir mübadiləsi zamanı əsas diqqət Azərbaycanın qlobal iqlim gündəliyində davamlı liderliyinə və çoxtərəfli əməkdaşlıq vasitəsilə dayanıqlı şəhər və su həllərinin təşviq edilməsinin vacibliyinə yönəldilib", - deyə bəyanatda bildirilir.

Xəbər lenti