Vaşinqtonla danışıqlar prosesində birbaşa iştirak edən nümayəndə heyəti İran rəhbərliyinin nəzarəti altında fəaliyyət göstərir və bütün addımlar ali rəhbər Müctəba Xamenei tərəfindən təsdiqlənir.
"Report" xəbər verir ki, bunu ali rəhbərin İslam İnqilabı Keşikçiləri Korpusundakı (SEPAH) nümayəndəsi Abdullah Hacı Sadeqi bildirib.
"Amerika nümayəndələri ilə danışıqlar yüksək vəzifəli məmurlarımızın tam nəzarəti altında aparılır və ali rəhbərin dəstəyindən asılıdır", - deyə o əlavə edib.
O vurğulayıb ki, Tehran heç bir təhdid və təzyiq qarşısında geri çəkilməyəcək.